Məmurların mənimsədiyi pullar aşkarlana bilər

10:31 13-03-2021 | icon 453 | İqtisadiyyat
Məmurların mənimsədiyi pullar aşkarlana bilər

“Ölkədə korrupsiyanın köklü həlli yolu yoxdur. Çünki dünyanın ən inkişaf etmiş dövlətlərində belə korrupsiya əməlinə rast gəlinir”.

 

Versus.Az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinin qonağı olan Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib. 

 

O bildirib ki, belə halların sayını azaltmaq üçün qanunvericilik sahəsi daim təkmilləşdirilməlidir: 

 

“Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 5-ci maddəsində vəzifəli şəxslərin əldə etdiyi maliyyəni bəyan etməsi lazım olduğu bildirilir. Hesab edirəm ki, bunun icra edilməsi təmin edilməli, əks halda isə məmurlara daha ağır sanksiyalar tətbiq edilməlidir. Qanunda qeyd edilir ki, gəlir deklorasiyasını təqdim etməyən vəzifəli şəxslər barəsində məlumat dərc olunmalıdır.

Əslində isə qanunda olsa da, bu, praktikada tətbiq edilmir. Hesab edirəm ki, gəlir deklorasiyasını açıqlamayan vəzifəli şəxslər barəsində cinayət məsuliyyəti və inzibati xətalar barədə icraat işlərinin aparılmasına, hətta vəzifədən azad olunmasına qədər bu məsələ qalxmalıdır. Yəni bu istiqamətdə sanksiya nə qədər ağırlaşdırılsa, həmin şəxslər də bir o qədər intizamlı olar”.

 

Seymur Yusifli onu da qeyd edib ki, mənimsədiyi pullarla əldə etdiyi mülkləri ailə üzvlərinin və yaxınlarının adına qeydiyyatdan keçirən vəzifəli şəxslərin bu əməli da aşkara çıxarılmalıdır:

 

“Cinayət Məcəlləsinə əsasən, cinayət yolu ilə əldə olunan vəsaitlər müsadirə olunmalıdır. Belə olan halda isə məsuliyyət istintaq orqanının üzərinə düşür. Məmur əgər həyat yoldaşının adına ev alırsa, o zaman qadının da gəliri barədə məlumat təqdim edilməlidir ki, onun hansı pulla aldığı aydınlaşdırılsın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq