Şuşa-Füzuli yolunda tapılan minalarla bağlı AÇIQLAMA

13:41 31-03-2021 | icon 691 | Müharibə
Şuşa-Füzuli yolunda tapılan minalarla bağlı AÇIQLAMA

“İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, əllə və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən - ABŞ, Bosniya və digər ölkələrdən alınırdı. Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Əvvəllər bu itlər xaricdən 17-22 min dollara alınırdı. Hazırda Göygöl Regional Təlim Mərkəzindəki itlərin seleksiyası həyata keçirilir”.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.

 

M.Məmmədovun sözlərinə görə, Şuşa-Füzuli yolunun 17-ci kilometrliyində Füzuli rayonunun Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır:

 

“Bu zamana kimi ərazidən 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO