“Şəhidlər Xiyabanında xarici dillərdə lövhələr olsun”

13:45 01-02-2018 | icon 535 | Siyasət
“Şəhidlər Xiyabanında xarici dillərdə lövhələr olsun”

“Ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında və ya turist kimi Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş və bu barədə daha da geniş məlumatlar almış olacaqlar”.

Versus.Az-ın məlumatına görə, bunu Şəhidlər Xiyabanı ilə bağlı təkliflərlə çıxışında millət vəkili Qənirə Paşayeva bildirib:
“20 Yanvar hadisələrinin ildönümündən 1-2 günə əvvəl Şəhidlər Xiyabanını ziyarət edən zaman orada xeyli turist gördüm. Baxmağa gəlmişdilər. Amma təəssüf ki, Şəhidlər Xiyabanında bu xiyabanla bağlı məlumatları əks etdirən xarici dillərdə heç bir məlumat lövhəsi yoxdur. Bu lövhələrin yerləşdirilməsi, ən çox yayılmış xarici dillərdə məlumat verən bir neçə bələdçinin orada fəaliyyətini təmin etmək, müxtəlif xarici dillərdə hazırlanan kiçik məlumat broşurlarının bələdçilər tərəfindən ziyarət edən qonaqlara verilməsinin təmin edilməsi, onlara pulsuz məlumatların verilməsini işinin təşkili Bakı Şəhər İcra hakimiyyəti və ya müvafiq qurumlar tərəfindən həyata keçirilə bilər. Bu çətin məsələ deyil, böyük maliyyə vəsaiti də tələb etmir. Amma əvəzində biz Şəhidlər Xiyabanını ziyarət edən hər turistin daha dərin bilgilərlə dönməsini təmin edə bilərik. Bu da bizim üçün həqiqətlərimizin yayılması baxımından çox vacib məsələdir. Mən müvafiq qurumları bu məsələni qısa zamanda həyata keçirməyə çağırırıq”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi