Dövlət satınalmalarında 60 milyon manatlıq şübhəli MƏQAMLAR

16:26 05-04-2021 | icon 599 | İqtisadiyyat
Dövlət satınalmalarında 60 milyon manatlıq şübhəli MƏQAMLAR

2020-ci ildə dövlət qurumları tərəfindən 23 podratçı ilə bağlanmış müsabiqə əsaslı satınalma müqavilələrinin məbləği ümumi müsabiqə əsaslı satınalma müqavilələrinin məbləğinin 33,2 %-ni təşkil edib.

 

Versus.Az xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

 

Hesabata əsasən, 2019-cu ildə bəzi hallarda eyni podratçı ayrı-ayrı sahələrə aid olan malları (iş və ya xidmətləri) təmin edib. Həmin podratçılar 7-11 say olmaqla satınalma predmeti üzrə ümumilikdə müxtəlif satınalan təşkilatlarla 95 mln 238,9 min manat məbləğində 463 müqavilə imzalayıblar.

 

“Bu halların mövcudluğu dövlət vəsaitlərinin istifadəsində rəqabət mühitinin pozulması və şəffaflığın təmin edilməməsi ilə nəticələnmə riskinin olması anlamına gəlir. Məlumatların təhlili 26 qurum üzrə 60,7 mln manat məbləğində 161 satınalma müqaviləsinin müqavilə tarixi ilə protokol tarixinin eyni günə təsadüf etdiyini, 12 qurumda, ümumiyyətlə, müsabiqəli satınalmaların keçirilməməsi halının mövcudluğunu göstərdi ki, bu da satınalma prosedurlarının tam rəqabət mühiti formalaşdırmasına şübhələr yaradır”, - Hesablama Palatası bildirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq