İran Naxçıvanla əlaqələri genişləndirir

14:12 29-10-2018 | icon 557 | İqtisadiyyat
İran Naxçıvanla əlaqələri genişləndirir

İranın Maku Azad Ticarət Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, turizm və mədəni münasibətlərin inkişafına şəraitin yaradılması İranın Naxçıvandakı konsulluğunun gündəmindədir.

 

Versus.Az xəbər verir ki, bunu İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom Maku Azad Ticarət Zonası Təşkilatının icraçı direktoru ilə görüşdə deyib.

 

Onun sözlərinə görə, bu zona Naxçıvanın iş adamlarına iqtisadi fəaliyyətlərini genişləndirmək üçün münasib imkan yaradıb. İran vətəndaşları və Naxçıvan sakinlərinin gediş-gəlişlərini sadələşdirməklə zonanın iqtisadi inkişafına təkan vermək olar.

 

Konsul əlavə edib ki, Poldəşt gömrük-keçid məntəqəsinin iş saatının mərhələli şəkildə artırılması, gömrük rəsmilərinin birgə aylıq iclaslarının təşkil olunması, iki tərəfin iqtisadi münasibətlərinin inkişafı istiqamətində həyata keçirilən addımlardan hesab olunur:

 

“Kənd təsərrüfatı və dərman preparatları sektorlarında ixrac strukturunun yaradılması, iki tərəfin rəsmiləri və iş adamlarının iştirakı ilə ticari iclasların təşkil olunması, özəl sektor fəalları arasında əlaqələrin yaradılması İranın Baş konsulluğunun həyata keçirdiyi addımlardandır”.

 

Bundan əlavə, zonada investisiya yatırımı prosesini sürətləndirmək məqsədilə sadələşdirmələr nəzərdə tutulub. İnvestorlar bir neçə saat ərzində öz şirkətlərini qeydə aldıra bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI