Prezidentin xanımı milli mətbəximizi yüksək qiymətləndirib

14:15 29-10-2018 | icon 494 | Mədəniyyət
Prezidentin xanımı milli mətbəximizi yüksək qiymətləndirib

Ukraynanın paytaxtı Kiyevdə “Outlook World Culture Festival” adlı beşinci dünya xalqlarının mədəniyyət festivalı keçirilib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, 30-dan çox ölkənin iştirak etdiyi beynəlxalq festivalda xalqımızın mədəniyyəti, milli mətbəxi də təqdim olunub. Festivalda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diplomatik korpusu, diasporu, soydaşlarımız iştirak edib.

 

Tədbirin rəsmi açılışında iştirak edən Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko festivalda iştirak edən ölkələrin stendləri ilə tanış olub. Marina Poroşenkonun baxdığı Azərbaycanın stendində milli mətbəx nümunələrindən plov, dolma, paxlava, şəkərbura, ölkəmizin simvoluna çevrilən nar, şərablar, “Şuşa”, “Azərbaycan” brendində olan konyaklar nümayiş olunub. Ukrayna Prezidentinin xanımı Azərbaycan stendini yüksək qiymətləndirib.

 


Daha sonra festivalda iştirak edən ölkələrin səfir və diplomatik nümayəndələrinin iştirakı ilə festivalın rəsmi açılış mərasimi olub.

 

Tədbirdə Kiyev sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, şəkərbura, plov, dolma paylanılıb. Ukraynanın bəzi telekanalları Azərbaycan stendi haqqında reportaj yayımlayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı