Almaniya mediasında anti-Azərbaycan kampaniyası dayanmır - 

11:53 06-04-2021 | icon 376 | Geopolitika
Almaniya mediasında anti-Azərbaycan kampaniyası dayanmır - 

Almaniyanın bir sıra media orqanları və ictimai təşkilatları tərəfindən Azərbaycana qarşı bir həftədən artıqdır başlanan hücum kampaniyası davam edir. Rəsmi Bakı hələ ki bu məsələyə adekvat mövqe qoymasa da iqtidar deputatları sərt təndiqlər səsləndiriblər.

 

Almaniyadan Azərbaycana qarşı siyasi və informasiya hücumunun arxasında həm də oradakı məlum söyüş müxalifətinin dayanması mümkündürmü? Avropanın bu əsas və güclü ölkəsi ilə münasibətlər geriyədönməz şəkildə korlana bilərmi? Yoxsa tərəflər bir yerdə dayana biləcək? Almaniyanın bizim, bizim isə Almaniya üçün önəmi, vacibliyi nədir, nədədir?

 

Versus.az  xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə  yerli mediaya bildirib ki, Almaniya mətbuatında Azərbaycanla bağlı qərəzli informasiyaların verilməsi və bunun davam etdirməsinin arxasında əsasən erməni lobbisi və Rusiyanın müəyyən dairələrinin uzantılarının dayandığını söyləmək olar. Almaniyanın Azərbaycanla əlaqələri bu dairələri həmişə narahat edib: “Almaniya bu illər ərzində Azərbaycana dəstək verib. Məhz Azərbaycan çalışıb ki, Minsk Qrupunun həmsədrliyində Fransanın əvəzində Almaniya təmsil olunsun. Görünür, Berlində yürüdülən siyasət heç də normal bir baxışa söykənməmişdir. İlk növbədə 20 ilə yaxındır ki, xristian demokratlar Rusiya ilə sıx işbirliyinə malikdir. Alman siyasilər Rusiyada erməni lobbisi və hakimiyyəti ilə sıx əlaqələrə malikdir. Məhz bu ölkə mətbuatında Rusiyanın təsirlərini görə bilərik. Bundan əlavə, Bundestaqın bəzi üzvlərinin erməni lobbisi ilə sıx təmasları, onların Qarabağa qanunsuz səfərləri daim onların əsas gəlir mənbəyi olub. Azərbaycanın Türkiyə ilə sıx koordinasiyalı fəaliyyəti və regionda uğurlu siyasəti, Qarabağ məsələsini həll etməsi Bundestaqın bir çox üzvlərini narahat edir. Onlar erməni lobbisinin maliyyə dəstəyi ilə ciddi şəkildə Qarabağa səfərlər təşkil edirdi. İndi onların maliyyəsi kəsilib. Həmçinin burada erməni və rus şəbəkəsi aktiv fəaliyyətə keçirilib. Hesab edirəm ki, Almaniyada Azərbaycan əleyhinə bu siyasətin formalaşmasında bu amillərin rolu var. Eyni zamanda Avropada, Almaniyada yerləşmiş məlum söyüş müxalifətinin də orada apardığı işin də təsirlərinin olması mümkündür. Almaniya Avropanın aparıcı ölkəsidir və burada müxalif siyasətçilər fəaliyyət göstərir. Azərbaycandan getmiş məlum söyüşcül müxalifətçilər, özünü bloger adlandıranlar Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyasında yer ala bilərlər. Amma bu ölkədə siyasi mühacirlərin Qarabağla bağlı Azərbaycana qarşı bu kampaniyada yer almasını istisna edirəm”.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

 

Politoloq qeyd etdi ki, Almaniya vacib ölkədir və Azərbaycanla bir çox sahələrdə əlaqələrə malikdir. Ona görə də Berlin və Bakı arasında siyasi əməkdaşlıq yeni müstəviyə keçməlidir. Alman mətbuatında yer alan anti-Azərbaycan təbliğatının iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olacağı gözlənilən deyil və buna imkan vermək də olmaz: “Berlin regionda öz siyasətini lobbi və digər maraqlı dairələrin siyasəti ilə uzlaşdırmamalıdır. Problem Azərbaycandan qaynaqlanmır. Almaniyadan qaynaqlandığı üçün məsələyə də rəsmi Berlin müdaxilə etməlidir ki, münasibətlər pisləşməsin, pozulmasın. Nəzərə almaq lazımdır ki, Almaniya ilə münasibətlərin necəliyi Azərbaycan-Avropa Birliyi münasibətlərinə də təsirini göstərir. Azərbaycanla münasibətləri korlamaq Berlinin region siyasətinə təhdiddir. Azərbaycan Avropa ilə enerji tərəfdaşıdır. Almaniya hökuməti bütün bunları nəzərə almalıdır. Almaniyada çoxlu sayda azərbaycanlı yaşayır, yüz minlərlə Türkiyəli türklər də bu ölkədə yaşayır və işləyirlər.  İstənilən siyasi, ictimai, sosial prosesə təsir göstərmək sayındadır bu kontingent. Yəqin ki, alman hökuməti bu vacib amili nəzərə alacaq”.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...