"Seçkidən sonra Paşinyan Azərbaycan prezidenti ilə görüşəcək"

16:50 08-04-2021 | icon 575 | Geopolitika
"Seçkidən sonra Paşinyan Azərbaycan prezidenti ilə görüşəcək"

Məhəmməd Əsədullazadə: "Ermənistanın blokadadan çıxması prezident İlham Əliyevin siyasətindən asılıdır"

 

"Emənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfəri zamanı əsasən seçki öncəsi Rusiya ilə əlverişli müqavilələr bağlamaqla mövqeyini gücləndirməyi planlayırdı. Göründüyü kimi, Rusiya prezidenti Paşinyana ona bu imkanı tanımadı. Ümumiyyətlə, Paşinyan Rusiya üçün arzuolunmaz siyasi şəxsdir və demək olar ki, Paşinyanın israrı ilə belə bir görüş baş tutdu".

 
 
Versus.Az xəbər verir ki, bunu şərhində MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
Politiloqun fikrincə, Moskvada Putinlə görüşü səmərəsiz və heç bir nəticə əldə olunmayan sırdan bir görüş kimi xarakterizə etmək olar. Amma, Rusiya prezidenti V.Putinin Paşinyana Qarabağ separtaçıları ilə əlaqələri müntəzəm saxalmağı və dəstək verməsini istəyib:
 
 
"Çünki Rusiya tərəfi münaqişənin qaldığını göstərmək istəyir. Bu da Kremlin regionda geosiyasi maraqlarına cavab verir. Birbaşa Rusiya prezidenti çalışır ki, Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi aktual olsun. Rusiya da burada "barışdırcı" rolu ilə mövqeyini saxlasın".
 
 
M.Əsədullazadə qeyd edib ki, Nikol Paşinyana seçki öncəsi Moskva ilə əlaqələr zəruru idi, ona görə buna getdi:
 
 
"Seçkidən sonra Paşinyanın ölkəsində anti-Rusiya siyasətini davam etdirəcəyi gözlənilir. Paşinyanın Rusiya ilə əlaqələrinin zəifləməsi və onun Moksvadan əliboş qayıtması Azərbaycanın maraqlarına cavab verir. Paşinyanın seçkidən sonra Qarabağda separatçılara görə Azərbaycanla əlaqələri korlamamaq siyasətinə üstünlük verəcəyi mümkündür. Əgər Rusiya ilə birgə separatizmi dəstəkləsə, Rusiyadan aslılığı davam edəcək və öz hakimiyyətini riskə ata bilər. Ona görə də Paşinyan seçkidə qələbə əldə etdikdən sonra, Rusiyanın diktəsi ilə hərəkət etməyəcək".
 
 
Politoloq hesab edir ki, seçkidən sonra Paşinyan prezident İlham Əliyevlə görüşmək istəyəcək. Onun sözlərinə görə, bu görüşün Avropada baş tutması mümkündür:
 
 
"Ermənistanın blokadadan çıxması prezident İlham Əliyevin siyasətindən asılıdır. Təbii ki, Ermənistan şərtlərə əməl etdikdən sonra".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

"Ulu öndərin işığında" - TƏQDİMAT

Parataekvondoçumuz Avropa çempionu oldu

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ