"İllərdir mediada formalaşan dəyərləri heçə sayaraq jurnalist adına ləkə salırlar"

09:07 30-10-2018 | icon 652 | KİV
"İllərdir mediada formalaşan dəyərləri heçə sayaraq jurnalist adına ləkə salırlar"

“Son illərdə Azərbaycanda reket jurnalistikanın qarşısının alınması istiqamətində ciddi addımlar atılıb”.

 

Versus.Az SİA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

 

Onun sözlərinə görə, Kütləvi İnformasiya Vasitələri haqqında qanuna edilən dəyişikliklər, həmçinin inzibati qaydada həyata keçirilən tədbirlər ənənəvi mediada bu sahədə vəziyyətin daha da yaxşılaşdırılmasına şərait yaradıb:

 

“Bununla belə, informasiya texnologiyalarının inkişafı nəticəsində yeni-yeni informasiya mənbələri formalaşır. Bunlardan ən əsası sosial şəbəkələr və elektron mediadır. Bu gün Azərbaycanda internetdən istifadə tam azaddır. Hər kəs sosial şəbəkələrdən sərbəst şəkildə istifadə edə və sayt yarada bilər. Lakin biz dövlət səviyyəsində vətəndaşlar üçün yaradılmış bu imkanlardan sui-istifadə hallarına da rast gəlirik".

 

Baş redaktor təəssüflə bildirib ki, bəziləri şəxsi maraqlarını hər şeydən üstün tutaraq jurnalist adı altında reketçiliklə, şantajla məşğul olurlar:

 

"Onlar illərdir mediada formalaşan dəyərləri heçə sayaraq jurnalist adına ləkə salırlar. Dəfələrlə edilən xəbərdarlıqlara, adlarının "Qara siyahı"ya salınmasına baxmayaraq yenə də qanunları pozur, öz çirkin əməllərini davam etdirmək üçün yeni-yeni saytlar yaradırlar. Bu saytlar vasitəsi ilə dövlətçiliyə xidmət edən cəmiyyətin müxtəlif kəsimindən olan insanları şantajla hədələyirlər. Hüquq-mühafizə orqanları belələrinin aşkara çıxarılıb qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzalandırılması üçün əllərindən gələni edirlər. Lakin təcrübə göstərir ki, atılan addımlar kifayət deyil. Təbii ki, bu cür vəziyyət ciddi narahatlıq doğurur".

 

Sevinc Seyidova qeyd edib ki, istər dövlət, istərsə də Azərbaycan mediasının aparıcı simalarının çağırışlarına baxmayaraq, problemin həlli mümkün olmayıb:

 

"Bu səbəbdən, məlum problemin həlli istiqamətində inzibati tədbirlərin sərtləşdirilməsi və qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətinin yarandığı qənaətindəyəm. Sözügedən istiqamətdə çağırışlar dəfələrlə Milli Məclisdə də səsləndirilib. Bu həm də Azərbaycan cəmiyyətinin mövcud təhdidə qarşı çağırışıdır. Həmçinin, özünə doğru olmayan bu yolu seçənlərə qarşı mübarizə tək dövlət və onun qurumları tərəfindən yox, daha sağlam cəmiyyətdə yaşamaq istəyən hər bir kəs tərəfindən aparılmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı