Model allergiyadan iflic oldu

08:50 14-04-2021 | icon 569 | Şou-biznes
Model allergiyadan iflic oldu

Şirniyyata allergik reaksiya səbəbindən iflic olan modelə faciədən səkkiz il sonra on milyonlarla dollar təzminat ödənilib.

 

Bu barədə “Las Vegas Review-Journal” xəbər yayıb.

 

Məlumata görə, amerikalı model Şantel Cakalone fıstıq yağı ilə bulkaya qarşı ani bir allergik reaksiya səbəbindən anafilaktik şok yaşayıb və nəticədə beyninin sol yarımkürəsi  zədələnib. Model kömək üçün “MedicWest” təcili yardım xidmətinə müraciət edib. Zərərçəkmişin vəkilinin sözlərinə görə, həmin gün növbədə olan iki həkimdən heç biri bədənin belə bir reaksiyası üçün zəruri tədbir olan adrenalinin venadaxili inyeksiyasını həyata keçirməyib.

 

Las-Veqasdakı Andlılar Məhkəməsi keçmiş modelin “MedicWest” işçilərinin səhvinə görə ömürlük iflic qaldığı barədə qərar verib. Təzminat olaraq Cakalone ailəsinə 30 milyon dollara yaxın pul ödənilib.

 

Hazırda 35 yaşında olan zərərçəkənin əl və ayaqları iflicdir, zond vasitəsilə qidalanır. Cakalonenin valideynləri ona günün 24 saatı baxım göstərirlər. Onların sözlərinə görə, alınan vəsait qızlarının bundan sonrakı yaşamına və lazımi şəraitlə təchiz ediləcək yeni bir evə sərf ediləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq