İNSAN ən çox “insanlar”dan yorular...

22:12 31-10-2018 | icon 1558 | Köşə
İNSAN ən çox “insanlar”dan yorular...

 

Fürsətcilliyi “yaşam fəlsəfəsi”nə çevirən o “insanlar”

 

 

 

 AĞANİSƏ SULTANOVA

 

 

 İnsan ən çox insanlardan yorular.... O “insanlardan” ki, öz çıxarları, maraqları üçün sənə bir gündə on dəfə “canım bacım”, “canım dostum”, “sən çox dəyərlisən”, “yaxşı ki, səni tanımışam” .... kimi bərlibəzəkli sözləri sıraya düzərlər... O “insanlardan” ki, telefonun heç susmaz, “bir kəlmə səsini eşitmək istədim”, “səndən ötrü elə darıxmışam ki, vaxt elə bir görüşək”, “bu gecə səni yuxumda görmüşəm, dedim bir bacımın səsini eşidim”.... O “insanlardan” ki, dogum günündə, bayramlarda təbrik üçün az qala bir-birləriylə yarışa girərlər, güllər, böcəklər, bahalı ətirlər, daha nələr, nələr, hələ ifrat tərifləri demirəm...

 

Fürsətcilliyi “yaşam fəlsəfəsi”nə çevirən o “insanlar” ayagın bir az büdrədisə, bir anda yox olarlar. “Dostluqlarını”, tərifləri, bərlibəzəkli sözləri, beş-üç qəpik qarşılığında şərə, böhtana satmaq o “insanlar” üçün bir növ “iş”, “çörək qazanmaq” (?) “peşəsinə” çevrilib. Maalesef, belələrinin nə dini, nə milləti, nə cinsi var. Kişi, qadin deyə bir şey yoxdur, sözügedən məxluqların xisləti budur.

 

ALLAHdan qorxan bəndə deyə bir ifadə var. Baxmayaraq ki, heç vaxt bu sözlə razılaşmırdım. Mənə elə gəlirdi ki, insan onu yaradan ALLAHını sevməlidir. Özümu dərk edəndən ən böyük sevgim ALLAHıma olub. Çox sonralar anladım bu deyimi. ALLAH qorxusu olmayan “insanlar” dünyanın ən təhlükəli məxluqlarıdır. Bunlar üçün qorxu, sədd, Sırat körpüsü deyə bir şey yoxdur. Yuxarıda qeyd etdiyim kimi, beş, üç manat qarşılığında hamını, hər şeyi satmağa hazır vəziyyətdə dayanıblar.

 

Bəlkə də insan öncə özünü günahkar bilir, nədən o “insanlara” inanmışam, üzümə güləni dost saymışam, özünü yazıqlığa qoyub, müxtəlif “rolları” böyük “ustalıqla” oynayanlara qarşı içimdəki mərhəmət hissi məni narahat edib, paramı, tikəmi yarı bölmüşəm. Sonradan düşünmüşəm ki, axı biz özünü “dost” kimi göstərən hər kəsi tanımağa çalışsaq, buna nə vaxt, nə ömür yetməz. Sadəcə, hər kəsə insanca yanaşmışıq.

 

Yadımdadır, uşaq idim, bəlkə də dördüncü, beşinci sinifdə oxuyurdum. 50 ildən çox müəllim, məktəb direktoru işləyən rəhmətlik babamın böyük bir kitabxanası vardı. Konfutsinin kitabı vardı rus dilində. Həmin kitabı götürüb, çox maraqla oxuyurdum. Bir fikri vardı, çinli filosofun, böyüdükçə neçə böyük anlam daşıdığını dərk etdim. Təxminən belə idi:

“Dağları, daşları, çayları, təbiəti tanımaq olar. Çünki təbiətin yay, qış, bahar, payız fəsli var. İnsan sifəti isə bilinməzdir, hisslər çox dərinlərdə gizlənib. Bəzən üzdən çox xeyirxah, mərhəmətli görünən, daxilən əclaflar var....”

 

Nə yazıq ki, o “insanlar” Konfutsinin dövründən bu günə həmişə var. Maalesef, getdikcə sayları daha da artır. Başınzı ağrıtmaq istəmirəm, bütün bunların içində özünə çəkilirsən, yorulursan “onlardan”. Bilirəm, bəzilərinə gülməli gəlir. Amma unutmayaq, bir sorgu-sual, hesab günü var.... O gün hər kəs üçün mütləqdir...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı