Sumqayıt Dövlət Dram Teatrı - 50

08:51 01-11-2018 | icon 933 | Mədəniyyət
Sumqayıt Dövlət Dram Teatrı - 50

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib.

 

Teatrdan Versus.Az-a verilən məlumata görə, ilk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olunub.

 

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr xeyirxah missiyada çıxış edirlər.

 

Aparıcıların təqdimatı ilə teatr truppası səhnəyə dəvət olunub və onlar üçün ayrılmış yerlərdə əyləşiblər. Sonra mədəniyyət naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov teatr kollektivini təbrik edib. Çıxışlarda dövlət başçısının milli mədəniyyətə, incəsənətə xüsusi qayğısından , bu sahədə reallaşan əhəmiyyətli layihələrdən danışılıb. Elə bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı kollektivin bir qrup üzvünə fəxr adların və "Tərəqqi" medalının verilməsi vurğulanıb. Prezident sərəncamı səsləndirildikdən sonra fəxri adlar, habelə “Tərəqqi” medalı əməkdaşlara təqdim olunub. Z.Fərəcov şəhərin sosial-mədəni həyatında fəal iştirakına görə bir qrup aktyoru Fəxri fərmanla təltif edib.

 

Kollektivin bu özəl günündə bir-birindən rəngarəng çıxışlar, maraqlı təbriklər olub. 1969-cu ildə teatrda qoyulmuş ilk tamaşa- “ Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının rejissoru xalq artisti Cənnət Səlimova təbrikə qoşulub. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanlarını bir qrup aktyora təqdim edib.

 

Milli Akademik Dram Teatrının aktyorları Hacı İsmayılov, Əjdər Həmidov və Əli Nur, Akademik Opera balet teatrının solisti Gülüstan Əliyeva, Bakı Musiqili Teatrının aktyorları xalq artisti İlham Namiq Kamal və digər aktyorlar öz təbriklərini çatdırıblar. Daha sonra zaman-zaman teatrın repertuarında yer tutmuş müxtəlif tamaşalardan fraqmentlər manitor vasitəsilə göstərilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi də öz təbrikini orijinal formada çatdırıb. Respublilanın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları musiqi töhvəsini verib. Həmçinin digər ölkələrdən teatr rəhbərlərinin təbrikləri monitorda göstərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”