Gəncə Uşaq Evində böyüyən şəhid Əmrah Rajapov

09:28 28-04-2021 | icon 649 | Şəhidlər və şahidlər
Gəncə Uşaq Evində böyüyən şəhid Əmrah Rajapov

Əmrah  Rajapov 11 dekabr 2000-ci ildə Gəncə şəhərində doğulub.12 yaşından Gəncə Şəhər Uşaq Evində yaşayıb. Gəncə şəhərində 34 nömrəli tam orta məktəbdə təhsil alıb.

 

Böyüdüyü Uşaqlar Evinin müəllim və sakinləri Əmrahın bacarıqlarından, onun mehribanlığından danışırlar. Əmrah şeir yazır, rep oxuyur, rəsm çəkir, maraqlı əl işləri hazırlayırdı. İndi də ona ev olan məkanda həmin əl işləri qorunub saxlanılır. Uşaq Evinin direktoru Nazilə İsmayılova deyir ki, Əmrahı hansı işə yönəldirdilərsə, bacarıqlı olurdu.

 

O, bərbərlik kurslarını da uğurla bitirmişdi. N.İsmayılova Əmrahın evlə təmin olunduğu zamankı sevincindən danışıb:

"Əmrah Bakıda Məzun evində bir otaqlı mənzillə təmin olunmuşdu. Mənə dedi ki, otağa girəndə çarpayıma uzanıb qollarımı açdım və ilk dəfə hiss etdim ki, mənə məxsus ev var".

 

Əmrah həm də "Kəpəz"-in azarkeşi idi. Formasını da özü hazırlamışdı. Bu gün də ağ kofta üzərinə çəkdiyi "Kəpəz forması" dostları tərəfindən yadigar saxlanılır. "Sabah" - "Kəpəz" oyununda komandanın kapitanı Əli Səmədov matçın start fitindən öncə meydanın mərkəzində Əmrahın öz əlləri ilə hazırladığı xüsusi formanı nümayiş etdirib.
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb.  23 fevral 2021-ci ildə Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq