“Müxalifət yenə də “küçədə” qalacaq”

18:27 29-01-2018 | icon 527 | Siyasət
“Müxalifət yenə də “küçədə” qalacaq”

“Partiya liderləri artıq birincilik, ikincilik uğrunda dava etməməlidir”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin Versus.Az-a müsahibəsi.

– Elşad bəy, bu gün seçki hazırlıqları və aktivliyi ilə bağlı iqtidar, müxalifət və bitərəflərin fərqli mülahizələri ilə rastlaşırıq. Sizcə, bu gün seçkiyə hazırlıq necədir və bu prosesə hardan başlanılmalıdır?

– Partiya olaraq seçkilərlə bağlı fikrimiz budur ki, ilk növbədə ölkədə demokratik seçki mühiti yaradılmalıdır. İllərin təcrübəsi göstərir ki, demokratik seçki mühiti olmadan seçkilərdə heç bir yenilik müşahidə olunmayacaq və nəticədə hakimiyyətin istəyi reallaşacaq.

Seçkidə iştirakımızla bağlı partiyanın yazda keçirilən qurultayında qəti qərar veriləcək. Ümumiyyətlə, möveyimiz belədir ki, seçkilərdə partiya öz namizədilə iştirak eləsin. Namizədimiz olmadığı halda partiyanın rəhbər orqanlarının qərarı ilə seçkidə hansı formada iştirakla bağlı qərar qəbul ediləcək.

“Çeynənmiş vahid namizəd” məsələsi…”

– Öz namizədiniz olmasa seçkidə iştirak edəcək hansı namizədə dəstək verməyi düşünürsünüz?

– Bizim mövcud halda düşüncələrimizdən biri də ondan ibarətdir ki, müxalifət partiyaları təmərküzləşməlidir. Çeynənmiş vəziyyətə olan  “vahid namizəd” məsələsindən çox danışılır. Amma bu da aydındır ki,  hakim qüvvənin kifayət qədər kənar dəstəyi ilə müxalifət “küçədə” qalıb. Müxalifət rəhbərləri artıq birincilik, ikincilik uğrunda bir-biri ilə dava etməməlidir. Onlar 100-cü yerdə belə, dayanmağa razılaşmalıdırlar. Əks halda müxalifət yenə də “küçədə” qalacaq. “Virtual aləm”də “seçkidə 1-ci, 2-ci olacağıq davası”nı aparmaqla mübarizə olmur. Ona görə də vəziyyət ciddi təhlil olunmalıdır. Müxalifət təmərküzləşməli və küçədə qalmaqdansa 100-cü yerdə dayanmağa razı olmalıdır.

– Elşad bəy, təmərküzləşmə istəyi müxalif partiyalarının az qala qlobal probleminə çevrilib. Necə hesab edirsiniz, bu istəklərə getmək üçün partiyalarda heç olmasa balaca bir işartı görünürmü?

– Məsələn, biz də daxil olmaqla 5 partiya Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində bir araya gələrək əməkdaşlıq edirik. Hesab edirəm ki, görünən işartıya ilk nümunə bu ola bilər. Digər partiyalarla da belə əməkdaşlıqların qurulmasına dəfələrlə cəhdlər edilib. Lakin müəyyən hadisələr – ya dostlarımızdan birinin səhvi, ya öz istəkləri, yaxud da kənar müdaxilələrin təsiri nəticəsində birliklər dağılıb.

“Heç kəs bizim əvəzimizə meydanlarda əzilməyə razı olmayacaq”

– Dediniz ki, seçkidən əvvəl ilk növbədə demokratik mühit yaradılmalıdır. Bunu necə etmək fikrindəsiniz? Nəzərə alsaq ki, belə bir mühitin formalaşması tək seçki ilində deyil, bütün illərdə davam edən proseslərlə həll oluna bilir, o zaman bu gün demokratların atdığı addımları nə dərəcədə qanedici saymaq olar?

– İlk növbədə xalqın özünün demokratik seçki keçirmək uğrunda mübarizəsini təşkil etmək lazımdır. Azərbaycan xalqından başqa heç kəs bizə gətirib demokratiya “hədiyyə” etməyəcək. Heç kəs bizim əvəzimizə meydanlarda əzilməyə razı olmayacaq, yaxud heç kəs bizim əvəzimizə hakimiyyəti dəyişməyəcək. Ona görə də təbliğat işləri ilə yanaşı, xalqın etirazını təşkil eləmək üçün onun özünü inandırmaq lazımdır. Böyük kütlənin qarşısında heç vaxt heç bir qüvvə dayana bilməyib. Biz müxalifət olaraq təkcə hakimiyyətlə deyil, onun arxasında dayanan iri güclərlə mübarizə aparmalıyıq. Bizim çox ciddi problemlərimiz var.  Ölkədə hakimiyyət dəyişikliyinin edilməsi məhz xalqın etirazının təşkilindən və maarifləndirmədən keçir. Amma həmin maarifləndirmə prosesi aparılmır. Mətbuat xalqın gözünü açmaq üçün ən yaxşı vasitə olduğu üçün birinci növbədə onu susdurublar.

– Bizim cəmiyyətdə dediyiniz məsələlərlə bağlı hansı ictimai siyasi təşkilat, özünü mübariz lider hesab edənlər nə danışdılar ki, media da onun üzərindən “susaraq” keçdi. Yaxud susmayan kimdir?

– Susmayanlar çox azdıır. Məsələn, biz Qarabağ Forumu keçiririk.  Amma buna cəmiyyətdə heç bir reaksiya verilmir. Yaxud, bu gün təkcə Qarabağdan qaçqın düşən insanlar deyil, hər bir vətəndaş Prezident Aparatının qarşısını kəsməlidir ki, bizim torpaqların işğaldan azad olunmasını təşkil elə. Amma bunu edən yoxdur, susdurulub. Eləcə də seçki məsələsində də belədir. Cəmiyyət tələb etməlidir ki, demokratik seçki mühiti yarat.

“Partiya rəhbəri kim beş yerdə “obyektim” olub”

– Bunun üçün cəmiyyətin önündə dayanan, cəmiyyəti müəyyən bu kimi məsələlərdə aktivləşdirən siyasi liderlər, cəmiyyətdə “katalizatoram” deyib “bayrağı “əllərinə alan ictimai-siyasi təşkilatlar var. Dediyiniz məsələlərlə bağlı onlar nə iş görür?

– Cəmiyyəti aktivləşdirənlər siyasi təşkilatlar olmalı, eyni zamanda onların üzvləri, rəhbərləri olmalıdır. Amma onlar da susdurulub. Azərbaycanda belədir ki, hansı siyasi təşkilat bir az güclənirsə, onu sıradan çıxarırlar. Siyasi partiyada olanda nə olar, bunların da ailəsi, uşaqları var. Bunları çörəklə imtahana çəkir, maliyyə qaynaqlarını kəsməklə mübarizə əzmini qırırlar. Məsələn, mənim siyasi partiya rəhbəri kim beş yerdə “obyektim” olub. Beşini də dağıdıblar. Eləcə də digərləri. Digər tərəfdən, bizdə pis, yaxşı QHT-lər, vətəndaş cəmiyyətləri var idi. Bu cəmiyyətləri dağıtdılar. Ən əsası Azərbaycanda müstəqil media 1 əlin barmaqlarının sayı qədər qalıb, ya qalmayıb. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Biz təhlil edirik və görürük ki, Azərbaycan kimi nefti, qzı olan ölkələrdə demokratiyanın inkişaf etməsində heç kəs maraqlı deyil.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”