Onlarla işğalçını məhv edən snayper şəhidimiz

12:53 30-04-2021 | icon 597 | Şəhidlər və şahidlər
Onlarla işğalçını məhv edən snayper şəhidimiz

Vətən müharibəsində düşmənə qan udduran igidlərimizdən biri də snayper Əhmədov Cavanşir Xeyrulla oğlu olub.

 

Xüsusi təyinatlı qüvvələrin tərkibində cəbhənin ən ağır döyüşlərində iştirak edən Cavanşir 1999-cu il noyabrın 12-də Ələt qəsəbəsində anadan olub.

 

Hərbiyə olan marağı onu atıcılıq kurslarına yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və bir müddət sonra kursda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanır.

 

Cavanşir Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlərdə də iştirak edən Cavanşir 15 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.

 

İgidliyi və şücaəti ilə xarici mətbuatın da marağını çəkən şəhidimiz barədə material dərc edən “Vestnik Kavkaza” nəşri 44 günlük müharibə zamanı şəhidimizin onlarla işğalçını məhv etdiyini yazıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq