Özbaşına zəbt olunan torpaqlarla bağlı tədbirlər görülür

16:30 30-04-2021 | icon 472 | İqtisadiyyat
Özbaşına zəbt olunan torpaqlarla bağlı tədbirlər görülür

607 hal aşkar edilib, 354 inzibati protokol tərtib edilib

 

Ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirilir.

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, cari ilin ilk rübü ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 607 hal aşkar edilib, 354 inzibati protokol tərtib edilib.

 

Aparılan monitorinqlərin nəticəsinə görə, ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 191 fakt olmaqla Bakı şəhərinin payına düşüb.

 

Bu sahədə qanunazidd hadisələrin xarakteri və məqsədləri ayrı-ayrı regionlar üzrə bir-birindən fərqlənir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsasən yaşayış məqsədli tikinti işlərinin aparılması kimi pozuntular daha çox Abşeron rayonundadır.

 

Abşeron rayonunun bir neçə qəsəbəsində vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq fərdi yaşayış evlərinin inşası aparılıb.

 

Bakının Xəzər və Binəqədi rayonlarında kənar şəxslər tərəfindən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi halları aşkar olunub. Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər görülüb.

 

Problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisidir. Paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarında belə hallar müşahidə edilib.

 

Qeydə alınan pozuntu hallarının qarşısının alınması ilə əlaqədar aşkar edilmiş faktlar aktlaşdırılıb, bu barədə aidiyyəti üzrə müvafiq qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”