ALDP-nin yaranmasının 19 illiyi

16:27 29-01-2018 | icon 498 | Siyasət
ALDP-nin yaranmasının 19 illiyi

Partiya himn müsabiqəsi elan edir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaranmasının 19 illiyi ilə bağlı partiyanın qərargahında geniş toplantı keçirilib. Toplantıda partiyanın rəhbərliyi və ALDP Gənclər təşkilatının fəalları iştrak ediblər.

Versus.Az-ın məlumatına görə, toplantı iştrakçıları əvvəlcə ALDP-nin yaradıcısı və ilk sədri Zakir Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra partiyanın sədri Fuad Əliyev ALDP-nin yaradılmasından, gördüyü işlərdən və gələcək fəaliyyətindən söz açıb. Qeyd edib ki, partiya yarandığı 19 il ərzində tutduğu yoldan, siyasi xəttindən, əqidəsindən dönməyib və fəaliyyətini düzgün istiqamətdə davam etdirir:

“Ən əsası biz partiya olaraq öz müstəqilliyimizi qoruya bilmişik. Təcrübəmiz də artıb. Biz ölkədə keçirilən bütün seçkilərdə iştrak etmişik. Bu il keçiriləcək prezident seçkisində də iştrakla bağlı qərarımız var.  Amma biz təkçə prezident seçkisinə hazırlaşmamalıyıq, eyni zamanda bələdiyyə və parlament seçkilərinə də hazırlaşmalıyıq. Keçən il öz vətəni, mübarizə apardığı torpaq uğrunda şəhid olmuş, üzərində heç bir şəxsə aid olmayan, yəni kimliyi bilinməyən hərbi qulluqçuların, əsgərlərin xatirəsin əbədiləşdirmək üçün Bakı şəhəri, Sahil bağında (keçmiş 26 Bakı komissarı bağı) “Naməlum əsgər” abidəsinin ucadılması təklifilə müraciət etmişdik. Hesab edirəm ki, bu məsələ ilə bağlı bir daha müraciət etmək lazımdır”.

Toplantının sonunda Fuad Əliyev qələn il ALDP-nın 20 illiyinin keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin başlanması ilə bağlı bir neçə təklif verib:

“Təklif edirəm ki, partiya daxilində bir il ərzində şahmat, nərd və stolüstü tenis yarışmaları keçirilsin. Partiyanın himninin yazılması müsabiqəsi elan olunsun”.

Partiya sədrin təklifləri qəbul olunub.

Beləliklə qərara alınıb ki, ALDP-nın himninin müsabiqəsi 2018-ci il yanvarın 30-dan 2018-ci il noyabrın 30-na qədər keçirilsin. Bu vaxt ərzində müəlliflər himnin sözlərini və musiqisini diskdə təqdim edə bilərlər. Qaliblər (şair və bəstəkar) 2019-cu il yanvarın 30-da elan olunacaq və onlara mükafat veriləcək.

Qeyd edək ki, toplantıda Fuad Əliyev ALDP-nin sıralarına yeni üzv olanlara partiyanın vəsiqələrini təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı