TAĞI ABDULLAZADƏ - bu gün onun doğum günüdür - VİDEO

15:16 04-05-2021 | icon 1995 | Şəhidlər və şahidlər
TAĞI ABDULLAZADƏ - bu gün onun doğum günüdür - VİDEO

Oktyabrın 30-da uca zirvəyə - Şəhidlik məramına yüksəldi...

 

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Tağı Abdullazadə Birinci Qarabağ müharibəsində, Sədərək döyüşlərinin ən şiddətli vaxtlarında - 1992-ci il may ayının 4-də dünyaya gəlib.

 

Vətən darda idi... Düz 30 il Vətən torpağı qazi, şəhid qanı ilə suvarıldı, nəfəs aldı, yaşadı.... Vətən daşı olan qazi atalar oğullarını qurban verdi bu torpağa..

Düz 28 il Ana Vətənin işğal ağrısını atası İlham Abdullayevlə birgə hiss edən Tağı, elin yurd dərdi ilə böyüdü.

Düz 28 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsində böyük rəşadət göstərən Tağı Abdullazadənin Füzulidən başlayan böyük yolu Hadrut istiqamətində gedən döyüşlərdə dayandı... Oktyabrın 30-da uca zirvəyə - Şəhidlik məramına yüksəldi.

 

Bu gün Qazi  İlham Abdullayev oğlunun Şəhidlik zirvəsinə yüksəlməsinin qürurunu yaşayır.

Tağı özündən sonra ailəsinə fəxarət hissləri və 4 yaşlı Yusifi miras qoyub. Həmin Yusifi ki, anası onu atasının layiqli davamçısı kimi böyüdəcək. 

 

Tağı Abdullazadə kimi oğullar öz qanı, canı ilə qarışdılar bu torpağa. Vətən torpağını öz qanları ilə suladılar ki, orda qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik cücərsin...

 

Şəhidlərin, qazilərin qəhrəmanlığı düşməndən azad etdikləri o torpqlarda böyüyüb köklü bir çinara dönəcək. Onların kölgəsində yüzlərlə igid oğul böyüyəcək...

 

Və... Bu gün şəhidimizin doğum günüdür... Doğum günün mübarək, Şəhidim. Şəhidliyin mübarək.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq