“Seçki ilə bağlı siyasi partiyalarda aktivlik yoxdur”

12:38 26-01-2018 | icon 453 | Siyasət
“Seçki ilə bağlı siyasi partiyalarda aktivlik yoxdur”

“Xüsusi hazırlığa ehtiyac yoxdur. Formal seçkilərə, formal hazırlaşırıq”.

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu  partiyasının seçki hazırlığı ilə bağlı açıqlamasında bildirib. ADP sədri indiki ictimai-siyasi şərtlərə görə seçki ilə bağlı ciddi proqramlarının olmadığını deyib:

“Amma ənənəvi olaraq seçki ilə bağlı müəyyən işlər görülür. Ötən illərin təcrübəsinə uyğun olaraq hərəkət edəcəyik. Yəni imza toplanacaq,  müxalifətlə birgə seçkilərə gedəcəyiksə, vahid namizəd dəstəklənəcək,  ayrı gediləcəksə sadəcə partiya olaraq iştirak edəcəyik”.

S.Cəlaloğlu bildirib ki, hazırda seçki ilə bağlı siyasi partiyalarda, o cümlədən müxalifətdə aktivlik yoxdur:

“İqtidarla müxalifət bir-biri ilə vəhdətdə olan iki siyasi gücdür.  İqtidarda seçki ilə bağlı aktivlik yoxdursa, müxalifətdən nə gözləyirsiz. Dünyanın güclü dövlətlərinin güclü müxalifəti, zəif dövlətlərinin isə zəif müxalifəti olur. Hakimiyyət müxalifəti sıradan çıxarmaqla əslində özünü zəiflədib”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür