Tütün məmulatına fərqli yanaşma

15:47 02-11-2018 | icon 436 | Sosial
Tütün məmulatına fərqli yanaşma

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin deputatları məsələlərə fərqli münasibət bildiriblər.

 

Versus.Az xəbər verir ki, iclasda layihələri təqdim edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, kino və teatr səhnəsində siqaretə qadağanın tətbiqi Azərbaycanda kino yaradıcılığına ziddir:

"Hollivud tərəfindən yüzlərlə filmdə tütün məhsullarından istifadə edilib".

 

ABŞ, Fransa və digər ölkələrin təcrübələrindən misal gətirən R.Hüseynova Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən irad tutulub:

 

“Bura nə ABŞ-dır, nə də Hollivuddur. Bura Azərbaycandır və qanun layihəsi də III oxunuşa çıxarılır”.

 

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, hazırda Hollivudda çəkilən filmlərin 95 faizində tütündən istifadə yığışdırılır:

 

“Rusiya Dövlət Dumasında da həm teatr, həm də kinolarda tütündən istifadə məhdudlaşdırılır. Artıq Türkiyədə də buna qadağa qoyulduğunu yəqin ki, görürsünüz. O ki qaldı filmdə və teatrlarda siqaretə qadağanın Azərbaycanda kino yaradıcılığa zidd olması məsələsinə, mən bunu başa düşə bilmirəm. Siqaretin kino yaradıcılığına nə dəxli var? Bir tərəfdən deyirsiniz ki, ziyandır, o biri tərəfdən teatr səhnəsinə çıxarırsınız. Bunun özü təbliğatdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu