"Həmsədrlərin bundan sonra da fəaliyyəti zəruridir"

17:45 06-05-2021 | icon 767 | Geopolitika
"Həmsədrlərin bundan sonra da fəaliyyəti zəruridir"

Sergey Lavrov: "Qarabağın minalardan təmizlənməsi səylərini azaltmırıq"

 

“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

 

Versus.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib:

“Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.

 

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Parataekvondoçumuz Avropa çempionu oldu

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün "Xarıbülbül" festivalının bağlanışında...