Bakı növbəti ev sahibliyinə hazırlaşır

16:24 02-11-2018 | icon 507 | Mədəniyyət
Bakı növbəti ev sahibliyinə hazırlaşır

Paytaxtımız növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, noyabrın 5-6-də Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusunda V Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən təşkil olunur.

 

Konfransa 40-dan çox ölkədən 130 xarici qonaq qatılacaq. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.

 

Noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək konfransın rəsmi açılış mərasimində Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxamın (Birləşmiş Ərəb Əmirlikləri), UNESCO-nun Sülh Artisti Əli Mahdinin (Sudan), Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutarın (Sloveniya), GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin (Rusiya), Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardinin (Cənubi Afrika Respublikası) və digər qonaqların çıxışı gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI