Lavrovun sözü havada qaldı

17:57 12-05-2021 | icon 678 | Geopolitika
Lavrovun sözü havada qaldı

Ramiyə Məmmədova: “Lavrov ermənipərəst mövqeyi ilə problemlər yaradan şəxs kimi tanınır”

 

"Sergey Lavrovun Bakıya gəlməsi ilə heç nəyin dəyişməyəcəyi bəlli idi. Sadəcə jest edib, burda bir görüntü yaratdı".

 

Versus.Az xəbər verir ki, bunu aşıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Onun sözlərinə görə, əslində Lavrovu da anlamaq olar:

 

“Çünki Prezident İlham Əliyevin son çıxışlarını dinlədikdən, görüşdə qeyd etdiyi məsələlər və birbaşa Moskvanın qarşısına qoyulan tələblərdən sonra Lavrov nə deyəcəkdi ki? Prezident konkret olaraq Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı, Zəngilana gedən dəmir yolun Naxçıvandan Ordubad, Mincivan üzərindən Turkiyəyə qədər keçəcəyini, status məsələsinin olmayacağını, Hadrudu unutmalarınl net olaraq bildirdi. Yəni Moskva ermənilərə nə qədər dəstək versə də, dəhlizin açılmasının onların təşəbbüsünə aid olduğunu bildirsə də, Lavrovun sözü havada qaldı”.

 

Moskvanın Lavrovun qismində Azərbaycana nə cür yardım edəcəyi məsələsinə gəlincə, politoloq qeyd etdi ki, Lavrov ermənipərəst mövqeyi ilə hər zaman Azərbaycan üçün problemlər yaradan şəxs kimi tanınır:

 

“Onun gəlişi heç xeyirə yozulmurdu. Lavrovdan gözləntilər vardı, o isə bunların heç birini dilə gətirmədi. Minalanmış ərazilərin xəritəsinin Moskvanın köməyi ilə verilməyəcəyi hələ ki, aydın görünür. Lavrov Ermənistanda keçiriləcək seçki öncəsi keçmiş Qarabağ klanı tərəfindən yenidən Şuşa və Hadrutun qaytarılacağı barədə səsləndirdiyi revanşist fikirlərə də münasibət bildirmədi. Eyni zamanda, infrastrukturların açılmasında Moskvanın iqtisadi maraq olsa da, yenə də bu məsələni bilərəkdən və ermənilərin xeyrinə ləngitdiklərini də soyləmədi. Təbii ki, bununla Moskva Qarabağ məsələsində üstünlüyünu saxlamağa çalışır ki, əlində təzyiqedici vasitə olsun”.

 

Minsk qrupu məsələsinə gəlincə, R.Məmmədova bildirdi ki, Moskva və Fransanın birlikdə təşəbbüs göstərmək niyyətində olduqları və onların cəfəngiyat fikirlərinin hərzamankı kimi ziyanımıza işləyəcəyi də bəllidir:

 

“Minsk Qrupunu respublikamıza buraxmaq məsələsi birmənalı olaraq bir daha nəzərdən keçirilməlidir. Onların qarşısına net məsələ qoyulmalıdı və vaxt müəyyən edilməlidir. Hər zaman dediyim kimi, Misk Qrupunun atacağı addım hazırlanacaq sülh müqaviləsinə Ermənistana qol çəkdirib, prezidentimizin qarşısına qoymasıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Aygün Türkiyədə bu layihəsini də reallaşdırdı

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

Seçkiöncəsi ŞOK

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi