“Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemləri" - KONFRANS

19:59 02-11-2018 | icon 658 | Mədəniyyət
“Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemləri" - KONFRANS

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək” İctimai Birliyi tərəfindən Bakı Avrasiya Universitetində “Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemləri" mövzusunda Konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə “MİƏMD” İB-nin sədri Rövşən Nəsirov, “MİƏMD” İB-nin İdarə Heyətinin üzvü fəlsəfə doktoru Rafiq Alıyev, Bakı Avrasiya Universitetinin tədrisin təşkili departamentinin rəhbəri dos. Mənsim Məmmədov, dos. Musa Ağamalıyev, Universitetin müəllim və tələbə heyəti iştirak edib. Konfransda “Sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunması və təbliğinin aktual problemləri”,” İnformasiya cəmiyyəti və yeni çağırışlar”, “Sosial şəbəkələrdə mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması yolları”, “Mədəni müxtəliflik mədəniyyətin ən mühüm amili kimi” mövzülarında məruzələr olunmuşdur.

 

Məruzəçilər qeyd ediblər ki, Azərbaycanda tarixən bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni – normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.

 

Azərbaycanın siyasi rəhbərliyi ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutub. Bu fəaliyyət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən azsaylı millətlərin və xalqların inkişafı ilə əlaqədar müvafiq fərman və sərəncamlar imzalanmış və hazırda bu istiqamətdə mühüm işlər uğurla davam etdirilir.

 

Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.

 

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər “tarix və mədəniyyət abidələri” kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb.

 

Daha sonra sosial şəbəkələrdə mədəni müxtəlifliyin qorunmasında və təbliğində rast gəlinən problemlərdən və onların həlli yollarından bəhs edilib. Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI