“Müxalifət ONLARdan ciddi dəstək ala bilsə…”

11:29 25-01-2018 | icon 500 | Siyasət
“Müxalifət ONLARdan ciddi dəstək ala bilsə…”

“Müxalifət bu “formulu” yaratmağı bacarmalıdır”

VİP sədri Əli Əliyevin Versus.Az-a müsahibəsi.

– Əli bəy, MSK yanvar ayından başlayaraq seçki hazırlıqlarına start verdiyini bəyan edib. Necə hesab edirsiniz,  seçkilərlə bağlı hansı mülahizələriniz özünü doğrultmaya bilər?

– Düşünürdüm ki, hakimiyyət Rusiyda baş verən seçkilərin təsiri altında növbədənkənar seçkiyə gedə bilər. Amma artıq bu ehtiml qüvvəsini itirdi. Seçkilər zamanında keçiriləcək və namizədin kim olması ilə bağlı qəti fikir olmasa da, indiki prezident İlham Əliyevin namizədliyinin verilməsi ehtimalı böyükdür.

– Seçki qərərgahınız və digər partiyalarla əməkdaşlıqlarınız hansı formada tənzimlənir?

“Müxalifət partiyaları görünməmiş dərəcədə bir-birindən aralıdır”

– Bu gün təəssüf elədiyim faktlardan biri odur ki, müxalifət partiyaları indiyə qədər olmamış şəkildə bir-birindən aralıdır, pərakəndə vəziyyətindədir.  Seçki olmayan dönəmlərdə əlaqələrimiz daha sıx, daha intensiv idi. Amma indi, sanki hamı öz qınına çəkilib, hadisələrin gedişatını izləməklə məşğuldur.  Çalışırlar ki, partiya miqyasında nəyəsə nail ola bilsinlər. Çünki müxalifət düşərgəsində olan adamlar toplaşmaq və yaxud kənardan güc gətirmək kimi versiyaları kənara qoyubar.

Partiyanın xüsusi olaraq seçki qərərgahı yoxdur. Partiyanın siyasi şurası seçkidə tam tərkibdə seçki qərargahına çevrilir və bütün fəaliyyətimiz seçki ruhuna və ritminə uyğunlaşdırılır. Siyasi Şuranın seçkiyə getmək imkanı məhdud olduğuna görə, seçki qərərgahı gücləndirilmiş Mərkəzi Aparat xarakteri daşımalıdır. Çalışırıq ki, kənardan daha aktiv, işlək və daha təcrübəli şəxsləri seçki qərargahının tərkibinə  qəbul edək. Seçki qərərgahına siyasi şura üzvləri, Mərkəzi aparatın vəzifəli şəxsləri, üstəgəl partiyalılığı olmayan təəsübkeş şəxslərin daxil edilməsi ehtimalı böyükdür.

“Xalq siyasi proseslərə qoşulmaq istəmir, yaxud…”

– Müxalifətin mövcud susqunluğunun arxasında  hansı gözləntilər var?

– Mənə elə gəlir ki, bugünkü güc nisbəti, status-kvo hamıya bəllidir.  Prosesin içərisində olan adamlar hamısı gözəl bilir ki, hakim partiya mütləq resurslara sahibdir. Müxalifətin ala biləcəyi yeganə resurs mənbəyi isə xalqın səsidir ki, o da qeyri-müəyən vəziyyətdədir. Xalq siyasi proseslərə fəal qoşulmaq istəmir və yaxud qoşulmaq üçün ciddi bir əsas görmür. Mən hesab etmişəm ki, seçici siyasilərdən daha ayıq-sayıqdır. Əgər siyasilər öz mülahizələrindən çıxış edərək kabinetlərdə qərar qəbul edirlərsə, orta statistik vətəndaş isə dünya çapında baş verən hadisələri, hakimiyyət düşərgəsində baş tutanları və müxalifətin vəziyyətini analiz edərək ümumi qənaətə gəlir.  Bunu siyasi problemlərin içərisində olan şəxslər də anlayırlar. Sadəcə olaraq etiraf edə bilmirlər ki, müxalifətin bugünkü vəziyyəti  olduğu kimi qalarsa, hakimiyyət seçkiləri notarial qaydada öz adına təsdiq edəcək. Ancaq seçkilərə qədər vaxt var. Hələ ümid var ki, dünya bu proseslərə fərqli yanaşa bilər və hakimiyyətin daxilində də həlledici təsirə malik olan hadisələr baş verə bilər. Ona görə də hamı sakit, dinc şəkildə prosesi izləməkdə davam edir.

“Müxaifət cəmiyyətə müsbət impulslar yollamağı bacarmalıdır”

– Ümidsizliyə qapılan müxalifət vahid namizədini tapmağa cəhd etməsə, seçkidən nə gözləməlidir?

– Əgər, təxminən may-iyun aylarına qədər müxalifət toparlanmaq formulunu tapa bilməsə, onda ancaq partiya miqyasında əldə olunacaq uğurlardan söhbət gedə bilər.  Azərbaycanın reallığında isə bu uğur seçki kompaniyasında namizəd kimi qeydə alınan cəmiyyətlə təmas qurmaq, kommunikasiya imkanlarını inkişaf elətdirmək kimi vəzifələr qarşıya çıxaracaq. Situasiyanı dəyişmək üçün müxaifət cəmiyyətə müsbət impulslar yollamağı bacarmalıdır. Bu impuls isə yalnız müxalifətin birləşməsi ola bilər.  Yalnız müxalifətin mübariz, prinsipial və inandırıcı formulu, ölkənin daxilində və xaricində olan və bu proseslərə dəstək verə biləcək adamlarda stimul yarada bilər. Çünki ölkənin xeyli sayda potensiala malik olan maddi, intellektual resursları kənara çıxıb. Bu adamların ölkəyə qaytarılması, hakimiyyətin daxilindəki çatın dərinləşməsi üçün müxalifət bu “formulu” yaratmağı bacarmalıdır. Bunu bacarmasa, ancaq partiyamiqyaslı uğurlar haqqında düşünmək məcburiyyətində qalacaq.

– Kimdir o kənarda olan və geri qaytarılması tələb olunan şəxslər?

– Məsələn, Rəsul Quliyev, Hüseyn Abdullayev,  Mübariz Mənsimov. Adını çəkmədiyim digər insanlar da var. Bunlar imkanları geniş və güclü olan adamlardır.

– Bu sırada Rüstəm İbrahimbəyovun da adı çəkilə bilərmi?

– Yox, burda hər hansı xarici dövlətin emissarından söhbət gedə bilməz. Söhbət daxili siyasi mübarizədə ölkədən vurulub çıxıarılmış adamlardan gedir. Bu sırada həm keçmiş dövlət xadimləri, həm keçmiş məmurlar, ən vacibi isə iş adamları var. Hansı ki, onlar Azərbaycana kapital qoymağa, ölkədəki iqtisadi və siyasi mənzərənin dəyişiminə qoşulmağa hazırdılar. Məsələn, “Forbest”in siyahısına düşən azərbaycanlılar var ki, onlar ölkəyə daxil olmaqla Azərbaycanda maddi nemətlər, iş yerləri yaradıb vergi ödəmək istəyirlər. Həmin çevrələrə ipucu göndərmək müxalifətin vəzifəsidir. İnanıram ki, müxalifət onlardan çiddi dəstək ala bilsə,  o zaman ölkənin daxilində də müəyyən hərəkətlənmələr ola bilər.

– Onların pərakəndə vəziyyətdə olan müxalifətə dəstək verə bilməsi sizcə nə dərəcədə mümkün ola bilər?

– Müxalifət uğur formulunu cəmiyyətə təqdim edəndən sonra bu mümkün ola bilər. Bir məsələni də deyim ki, müxalifətin içərisində kifayət qədər samballı, hakimiyyətlə rəqabət aparacaq adamlar çoxdur. Təklifim odur ki, müxalifətdə olan insanlar öz aralarında  əməkdaşlıq edib müəyyən bir platforma formalaşdırmağı bacarmalıdırlar və bunun üzərində duraraq bütün dünyaya – həm ölkə ictimaiyyətinə, həm də ölkədən kənardakı çevrələrə mesaj verməlidirlər. Ancaq o halda dəstək gələ bilər. Ayrı-ayrı fərdlər kiminsə dəstəyini qazanmaq gücündə deyil.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür