VİP may ayından strat verəcək

15:32 25-01-2018 | icon 545 | Siyasət
VİP may ayından strat verəcək

“Partiya seçkilərə hazırlığa cari fəaliyyətin tərkib hissəsi kimi baxır. Biz artıq ilin yekunlarına dair tədbir keçirib fəaliyyət proqramımızı təsdiq etmişik. Seçki ilə bağlı görüləcək işlərin siyahısı müəyyənləşib və rayon təşkilatlarına bir sıra tapşırıqlar verilib. Hələlik “mətbəxdə” seçki ilə bağlı şüar və tezislərin hazırlanmasına dair fəaliyyət durur. Eləcə də, bukletlərin, şəkillərin hazırlanması, təbliğat aksesuarlarının düşünülməsi ilə bağlı işlər iyun ayının sonlarına qədər yekunlaşmalıdır. Qrafika əsasən, bütün işlərə may ayından strat veriləcək”.

Bunu Versus.Az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev MSK-da seçki hazırlığına rəsmi startın verilməsindən sonra partiyada nəzərdə tutulan işlərlə bağlı açıqlamasında bildirib. Partiya sədri qeyd edib ki, bu prosesdə ilk olaraq imzası toplanacaq şəxslərin siyahısı hazırlanacaq. Burada rayon və dairə təşkilatlarında imza toplayacaq şəxslərin 2013-cü il təcrübəsindən istifadə ediləcək:

“Artıq havalar istiləşməyə başlayanda rayon təşkilatları ilə görüşlər keçirib, həmin adamların təlimatlandırılmasına yenidən baxacağıq. Bu, gələcəkdə imzatoplama kompaniyasının düzgün, səhvsiz keçirilməsinə şərait yaradacaq”.

Ə.Əliyev seçki hazırlıqlarında seçki kompaniyasının təbliğatı işlərinin düzgün aparılmasını da vacib sayıb. Bildirib ki, bunun üçün kompaniyanın şüarı, platforması və tezisləri müəyyən edilməlidir. Bildirilib ki, hələlik hakimiyyət düşərgəsində qeyri- müəyyənlik olduğu üçün bu məsələdə konkretlik yoxdur:

“Seçki kompaniyamızın şüarı haqqında bir neçə təklif var. Seçim hakim partiyada kimin namizəd olacağından və dövrün xarakterindən asılı olacaq. Bu baxımdan kompaniyanın tezisləri dəyişikliyə məruz qala billər”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI