Daha bir əsgərimizin nəşi tapıldı

14:14 31-05-2021 | icon 709 | Şəhidlər və şahidlər
Daha bir əsgərimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.

 

Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir.

 

Məmmədağa İmanov Neftçala rayonunun Dalğa kəndində 4 aprel 2001-ci ildə doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlayıb, Beyləqanda davam etdirib.

 

Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Sonuncu dəfə 29 sentyabr tarixində ailəsi ilə əlaqə saxlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq