"Sanksiyalara baxmayaraq neft satacağıq"
ABŞ-ın sanksiyalarına baxmayaraq İran neft satmaqda davam edəcək.
Versus.Az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib:
“Amerika İran neftinin satışını sıfıra endirmək niyyətində idi. Amma biz neftimizi satmağa davam edəcəyik və bu sanksiyaları yaracağıq”.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi neft satışı ilə bağlı sanksiyalar bu gündən etibarən qüvvəyə minib.
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"