Layiqli Əmək üzrə yeni Ölkə Proqramı hazırlanır

07:23 09-06-2021 | icon 464 | İqtisadiyyat
Layiqli Əmək üzrə yeni Ölkə Proqramı hazırlanır

Hazırda Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının  hazırlanması işləri aparılır. Yeni Proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə də tam uyğunluq təşkil edəcək.

 

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Qay Rayderlə onlayn görüşündə bildirib.

 

S.Babayev bildirib ki, ötən dövrdə ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub. Azərbaycan ilə BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” uğurla icra olunub. Bu Proqram üzrə əməkdaşlıq müstəvisində əmək qanunvericiliyinin təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanması, əmək müfəttişliyi və məşğulluq xidmətlərinin potensialının gücləndirilməsi, özünüməşğulluq proqramının icrası, gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi və s. istiqamətlərdə birgə işlər aparılıb.

 

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası çərçivəsində Azərbaycan Hökuməti 2017-2020-ci illər üçün BƏT-in İdarə Heyətinə üzv seçilib və üzvlük pandemiya səbəbindən 1 iI uzadılıb.

 

Nazir Azərbaycanda reallaşdırılan DOST layihəsi, ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı, əmək, sosial müdafiə və məşğulluq sahələrində e- texnologiyaların geniş tətbiqi məqsədilə görülən işlər barədə məlumat verib. Bu sahələrdə əldə olunan uğurlu nəticələrin digər ölkələrin müvafiq qurumlarının da yüksək marağına səbəb olduğunu diqqətə çatdırıb.

 

Q.Rayder BƏT-lə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edib. O, postkonflikt dövründə də əhalinin layiqli məşğulluq imkanlarına çıxış əldə edə bilməsinin, yenidənqurma və stabillik əldə olunmasının inkişaf üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

Q.Rayder BƏT-in beynəlxalq səviyyədə apardığı işlərlə də uyğunluq təşkil edən bu prioritetlərin Layiqli Əmək üzrə yeni Ölkə Proqramında da əksini tapacağına əminliyini ifadə edib.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq