Vəfa Şərifova ailədə xəyanət və şiddətlə üzləşib?

13:09 09-06-2021 | icon 735 | Şou-biznes
Vəfa Şərifova ailədə xəyanət və şiddətlə üzləşib?

Müğənni Vəfa Şərifova həyat yoldaşının ona xəyanət etdiyini deyib.

 

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı ilk dəfə bu barədə danışıb:

 

“Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram. Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.

Qadınlar hisləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hisləri ilə kiməsə bağlanarsa, sevərsə, mən ondan boşanaram. Çünki hislərim, sevgim mənim üçün dəyərlidir”. 

 

Vəfa daha sonra bildirib ki, həyat yoldaşı ona əl də qaldırıb:

“Hər zaman düşünürdüm ki, qadın böyük səhv edərsə, döyülər. Amma yaş ötdükcə anlayırsan ki, qısqanclıqdan, çox istəməyindən də belə şeylər ola bilər. Döyülmək qadına böyük travma yaşadır. Allah heç bir qadına bu travmanı qismət etməsin”. 

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Cütlüyün bu evlilikdən bir qızı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq