MMP seçkilərə hazırlıqla bağlı start götürüb

14:23 23-01-2018 | icon 571 | Siyasət
MMP seçkilərə hazırlıqla bağlı start götürüb

“Namizədliyimi irəli sürmüşəm. Ölkədə pozucu qüvvələrin hakimiyyətə gəlməsinə imkan verməyəcəm”.

Versus.Az xəbər verir ki, bunu prezident seçkilərinə hazırlıqla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri seçki qərargahının yaradıldığını, rayon təşkilatları ilə mütəmadi görüşlər keçirildiyini vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə səsvermə keçirən səhifələrdə göstərilən nəticələr MMP-də birmənalı qarşılanmayıb. H.Hacıyev hesab edir ki, müəyyən insanlar saxta profillər yaradaraq məqsədli şəkildə status yazıb, elə özləri də özlərinin maraqlarına uyğun rəy verirlər:

“Hələ bir sayt var idi, orada da belə səsvermə keçirilirdi. Birinci yeri götürüb mənə vermişdilər. Maraqları, məqsədləri aydındır. Hər halda Azərbaycan xalqı öz sözünü deyəcək”.

Partiya sədri vurğulayıb ki, hakimiyyətə kim gələcəksə, Dağlıq Qarabağ məsələsi onun üçün birinci yerdə olmalıdır və iqtisadiyyatı gücləndirməlidir:

“Müəyyən nöqsanlara baxmayaraq, demokratik cəmiyyətdə yaşayırıq. Kimsə bizə gətirib nimçədə prezidentlik verməyəcək. Biz gərək mübarizə aparaq, xalqımızı inandıraq. Mənim qardaşım prezident İlham Əliyev də namizədliyini irəli sürüb. Hər halda iki qardaşdan biri seçiləcək, bu, reallıqdır”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI