“Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

11:52 06-11-2018 | icon 489 | Mədəniyyət
“Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

 

Noyabr ayının 18-də ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək.

 

Komitədən Versus.Az-a verilən məlumata görə, Nyu-York şəhərində yerləşən Linkoln mərkəzinin “Bruno Walter” auditoriyasında baş tutacaq konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Faiq Sücəddinov, Tofiq Quliyevin və Franz Vaksman, Frederik Şopen, Ernesto Lecuona, Corc Qerşvin, Ruperto Çapi kimi bəstəkarların musiqiləri səsləndiriləcək.

 

Konsertdə “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təsisçisi və prezidenti, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Nərgiz Əliyarova, Elvin Qəniyev, Zoya Qramaqin, Cefri Verbok milli və digər musiqi alətlərində ifa edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı