Hər kiloqram yaş baramaya görə 9 MANAT

13:28 14-06-2021 | icon 673 | İqtisadiyyat
Hər kiloqram yaş baramaya görə 9 MANAT

İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,3 ton yaş barama təhvil verilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən Versus.Az-a verilən məlumata əsasən, ən çox yaş barama tədarükü Zərdab (67,2 ton), Ağcabədi (44,9 ton), Balakən (41,3 ton), Zaqatala (34,8 ton), Şəki (23,5 ton), Bərdə (22,4 ton) və Füzuli (19,9 ton) rayonlarında qeydə alınıb.

 

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

 

Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14 700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”