"Autizmli uşaqlara sahib çıxaq"

00:48 07-11-2018 | icon 538 | Cəmiyyət
"Autizmli uşaqlara sahib çıxaq"

 

"Ölkəmizdə dövlət hesabına autizmli balalarımız üçün bir təhsil müəssisəsi yoxdur ki, valideynlər öz uşaqlarına təhsil verə bilsinlər və uşaqlar cəmiyyətdən təcrid olunmasınlar".

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Ümid Partiyasında Ailə, qadın, uşa və gender məsələləri üzrə şöbə müdiri İlahə Sadıqova bildirib:

 

"Autizmli uşaqlar üçün nəzərdə tutulan özəl məktəblər isə olduqca bahalıdır. Hər kəsin gücü yetmir övladını bu cür məktəblərə göndərsin. Autizmli körpələr də bizim sahiblənməyə borclu olduğumuz dəyərlilərimizdir. Lütfən onlara sahib çıxaq".

 

İ.Sadıqova qeyd edib ki, Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Bu problem erkən yaşda uşaqların inkişafına və sonrakı həyatlarına çox böyük təsir göstərir:

 

"Bu xəstəliyi aşkara çıxaracaq heç bir tibbi metod mövcud olmadığından, böyüməkdə olan uşaqların davranışlarından anlaşıla bilən bir xəstəlikdir. Bu sindromdan əziyyət çəkən uşaqlar tək qalmağa üstünlük verirlər. Belə ki, onlar kimsəylə dostluq etmirlər".

 

Qeyd edək ki, Ümid Partiyasının təbliğat və təşviqat məsələləri üzrə sədr müavini Tamilla Qulami də bu məsələnin ictimailəşdirilərək birlikdə həllinə çalışmağın vacibliyini vurğulayıb:

 

"Əslində simptomlar da çoxdur, autizmli uşaqların sayı da günbəgün artmaqdadır. İndiki vaxtda ən azından məsələni ictimailəşdirməklə, gündəmdə saxlamaqla problemin həllinə yardımçı ola bilərik. Partiya olaraq çalışacağıq ki, aidiyyatı strukturlara da bununla bağlı müraciətlər edək"

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin