Daha 2 rayonda bu ailələrə mənzillər təqdim olunacaq

14:19 07-11-2018 | icon 453 | Sosial
Daha 2 rayonda bu ailələrə mənzillər təqdim olunacaq

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən məlumata görə, bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonunda tikilən 54 mənzilli və Şamaxı rayonunda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.

 

Respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hazırda 67 fərdi evin inşası işləri də aparılır. Onlardan artıq əksər evlərin tikinti işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, nazirlik tərəfindən həmin insanlar üçün hazır yaşayış binalarından təmirli mənzillərin satın alınması ilə bağlı işlər davam etdirilir. İnşası başa çatmış fərdi evlər və alınmış mənzillər də yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzil alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, nəticə etibarilə bu il 500-dən çox mənzilin həmin insanlara təqdim olunmasına imkan yaradıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı