"İdman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var"

14:21 07-11-2018 | icon 573 | İdman
"İdman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var"

 

2019-cu ilin dövlət büdcəsindən Azərbaycan Gənclər Fonduna və idman sahəsinə ayrılan vəsaitə yenidən baxmağa ehtiyac var.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun fəaliyyət istiqamətləri artırılıb, qarşısına yeni vəzifələr qoyulub. 

 

Ü.Quliyevin sözlərinə görə, Gənclər Fondu gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi, gənclərə güzəştli kreditlərin verilməsi və digər fəaliyyətləri də həyata keçirəcək. Deputat təklif edib ki, Gənclər Fondunun bu vəzifələri layiqincə yerinə yetirməsi üçün Fonda ayrılan vəsaitin artırılmasına bir daha baxılsın.

Ü.Quliyev həmçinin idman sahəsinə ayrılan vəsaitin artırılmasını təklif edib. O qeyd edib ki, idmançıların ezamiyyə xərclərinin ödənilməsində müəyyən çətinliklər yaranır:

 

“Bununla bağlı həm Federasiyalar tərəfindən, həm fərdi qaydada bizə müraciət edirlər. Ezamiyyə xərcləri xarici valyuta ilə ödənildiyi üçün maliyyə çatışmazlığı yaranır”.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev idman sahəsinə xüsusi diqqət ayırır və ölkəmiz bu sahədə böyük uğurlar əldə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi