Partiyanın Mərkəzi Seçki Qərərgahı fəaliyyətə başlayıb

12:39 22-01-2018 | icon 482 | Siyasət
Partiyanın Mərkəzi Seçki Qərərgahı fəaliyyətə başlayıb

“Artıq seçki qərərgahımızda vətəndaşlarla görüşlər keçirilir, maarifləndirmə işləri aparılır”

“Mərkəzi Seçki Komissiyası (MSK) seçki ilə bağlı öz fəaliyyətinə start verdiyini bəyan etdikdən sonra ALDP özünün seçki qərərgahlarına tapşırıq verib ki, vətəndaşların adlarının  seçici siyahılarına düşməsi üçün aktiv fəaliyyətə başlasınlar”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev MSK-nın seçki siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətə başlanılmasından sonra verdiyi açıqlamasında bildirib.

F.Əliyev qeyd edib ki, prezident seçkilərində iştirak edəcəyini elan edən ilk təşkilat olaraq, sentyabr ayından başlayaraq partiyanın Mərkəzi Seçki Qərərgahı fəaliyyətə başlayıb:

“ALDP-nin Seçki Qərərgahı prosesə ciddi şəkildə hazırlaşır. Artıq seçki qərərgahımızda vətəndaşlarla görüşlər keçirilir, maarifləndirmə işləri aparılır”.

Partiya sədri bildirib ki, seçkiyə hazırlıq prosesində bu əməliyyatların aparılması vacibdir. Əvvəlki seçkilərdə vətəndaşların öz adlarını seçki siyahılarında tapmamaları üzündən ciddi narahatlığın yaşandığını önə çəkən partiya sədri belə halların qarşısını almaq istədiklərini deyib:

“Seçkidə əsas iş vətəndaşların öz üzərinə düşür. Seçicinin adının siyahıya düşməməsi istər-istəməz boşluqların yaranmasına səbəb olur ki, bu da neqativ halların yaranmasına səbəb olur. Hər bir vətəndaş istədiyi namizədə səs vermək üçün birinci növbədə öz adının seçici siyahısına düşməsini yoxlamalıdır. Ona görə də biz hər bir vətəndaşın adının seçki siyahısında olmasında maraqlıyıq. Məhəllə-məhəllə gəzib vətəndaşlarla görüşlər keçiririk ki, seçkilərdə iştirak hüqqu olan hər bir kəs MSK-nın dairə seçki komissiyasına gedib adlarının sihahıda olduğunu yoxlasınlar. Əgər vətəndaş bu prosesi necə icra edəcəyini bilmirsə, partiya üzvlərimiz onlara dəstək olur”.

F.Əliyev MSK rəhbərinin ötən illərlə müqayisədə bu il partiya liderlərinin fəallığının müşahidə olunması və seçkilərin daha yaxşı keçəcəyi ilə bağlı proqnozunu maraqla qarşıladığını deyib:

“Birinci növbədə MSK özü seçkilərin bərabər, ədalətli rəqabətlilik prinsipin şəffaf şəkildə keçirilməsində maraqlı olmalıdır. Bəzən xırda nüanslara görə namizədlik qeydə alınmır və bundan sonra iş məhkəməyə qədər gedərək gərginliklər yaşanır. Hələ ki, MSK sədri müsbət proqnozlar verir. Bunun özü də maraqlı yanaşmadır”.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür