“Azəriqaz” bu məsələyə aydınlıq gətirdi

07:34 23-06-2021 | icon 325 | İqtisadiyyat
“Azəriqaz” bu məsələyə aydınlıq gətirdi

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə metal qəbulu məntəqələrinə təhvil verilən sayğaclarla bağlı videogörüntüyə münasibət bildirib.

 

Bu barədə Ruslan Əliyev öz “Facebook” hesabında yazıb.

 

“Paylaşılan bu videoda qeyri-adi heç nə yoxdur. Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğacların istismar müddəti 15-20 ildir. Qaz sayğacının mexaniki və elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 minə yaxın əhali abonenti var. Bu qədər abonentin istifadəsində olan qaz sayğaclarının dövlət yoxlanış prosesi aparılarkən (əhali abonentləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamısı yararlı çıxmır. İldə 150-200 min sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur”, - deyə İstehsalat Birliyinin rəhbəri qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq