Qənirə Paşayeva və Arzu Bağırova mükafata layiq görülüblər

11:22 08-11-2018 | icon 1286 | Cəmiyyət
Qənirə Paşayeva və Arzu Bağırova mükafata layiq görülüblər

 

Millət vəkili Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Türkiyənin paytaxtı Ankarada bu il doqquzuncusu keçirilən "Beynəlxalq Buxara Media Mükafatları" (Uluslararası Buhara Medya Ödülleri) mərasimində mükafata layiq görülüblər.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Türk dünyasının birliyi istiqamətində fəaliyyətinə görə "Türk dünyası mədəniyyətinə xidmət mükafatı" (Türk Dünyası Kültür Hizmet Ödülü) ilə təltif edilib. Azərbaycanlı deputata mükafatı Türkiyənin Daxili işlər naziri Süleyman Soylu təqdim edib.

Millət vəkili mərasimdə çıxışı zamanı mükafatı vətən üçün canını fəda edən qəhrəman şəhidlər adına aldığını bildirib.

 

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova isə İlin Sosial Sorumluluk Layihəsinə görə təltif edilib.

 

Qeyd edək ki, Türkiyənin "Buhara Media Qrupu" tərəfindən təşkil edilən "Uluslararası Buhara Medya Ödülleri' bu il 40 nominasiya üzrə təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”