Tokio Olimpiadasında iştirak edəcək idmançıların antidopinq qaydaları AÇIQLANDI
Tokio Olimpiadasında iştirak edəcək idmançıların antidopinq qaydaları açıqlanıb.
Versus.Az xəbər verir ki, bu barədə AMADA-nın nümayəndəsi Lalə Hacıyeva məlumat verib.
Dopinqdən keçmək üçün müddət 24-72 saat müəyyən olunub. İdmançılar məkan məlumatlarını vaxtında təqdim etmədiyi halda müəyyən problemlə üzləşə bilər.
İdmançıların özünün işlək elektron poçtu olmalıdır. Çünki dopinq testinin nəticələrinə dair məlumatlar həmin elektron poçta göndəriləcək.
İdmançı dopinq testindən keçməmiş Olimpiadanın bağlanış mərasiminə qatılmayacaq. Dopinq testindən keçdikdən sonra onun üçün xüsusi nəqliyyat ayrılacaq.
Olimpiya Oyunları zamanı hansı dərmanların tərkibində dopinq olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi sayt işlək olacaq. İdmançılar və ya onların məşqçiləri həmin siyahıda dopinq tərkibli dərmanların adlarına baxa biləcək.
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."