“JARA”nın rusiyalı ulduzları evdə Azərbaycan yeməkləri bişirməklərindən danışdılar

15:42 25-06-2021 | icon 691 | Şou-biznes
“JARA”nın rusiyalı ulduzları evdə Azərbaycan yeməkləri bişirməklərindən danışdılar

Rusiya şou-biznesinin ulduzları qonaqpərvərliyinə, gözəlliyinə və əlbəttə ki, inanılmaz ləzzətli mətbəxinə görə “Odlar yurdu” Azərbaycandan ötrü darıxdıqlarını və onu sevdiklərini deyiblər. Sən demə, onların bir çoxu Azərbaycan yeməklərini evdə özləri bişirir, hətta dostlarını da qonaq edirlər.

 

Dmitri Malikov “Moskva-Bakı” qəzetinə müsahibəsində deyib ki, Bakıda bişən nərə balığını çox sevir. O bildirib ki, Azərbaycana ac gəlmək lazımdır, çünki burada çox qonaqpərvərdirlər və bolluca dadlı yeməkləri var.

 

Əri ilə qırmızı xalça üzərinə çıxan Anna Sedokova Azərbaycan yeməklərini necə bişirəcəyini bilmədiyini, ancaq ərinin Azərbaycansayağı ət hazırladığını etiraf edib.

 

Anita Çoy plovun 36 növünü bilir və bunlardan biri də Azərbaycan plovudur. O, plov bişirməyi Bakıda öyrənib.

 

Müğənni Jasmin portala bildirib ki, ailəsi Azərbaycan mətbəxini çox sevir, nənəsi dolmanı sırf Azərbaycansayağı hazırlayır. Müğənni həm də deyir ki, onun hər iki nənəsi- Sonya və Sara Azərbaycan dilində çox yaxşı danışırdılar.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq