Partiya lideri xalqı təbrik edib

14:03 09-11-2018 | icon 556 | Cəmiyyət
Partiya lideri xalqı təbrik edib

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

Əziz Xalqım!

Bu gün biz Dövlət Bayrağı gününü qeyd edirik. Bayrağımız düz 100 il öncə - 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı.



Bayrağımızda olan üç rəngin - Türkçülük, İslamçılıq və Müasirlik ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olub. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir.

 

Üç rənqli Milli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. 23 ay dalğalanan Milli bayrağımız dünyada müstəqil ölkələr sırasında oldu. Milli Bayrağımızdan 70 il ayırlmasına baxmayaraq xalqın əziyyətlə əldə etmiş üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə bu illər boyu bu bayrağı yenidən yaşatmaq üçün İsmixan Rəhimov, Şıxali Qurbanov, Xudu Məmmədov, Oqtay Eldəgiz kimi qəhraman, mübariz olan minlərlə insan olub.



Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. 100 il ərzində bu bayraq, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. Bu gündə cəbhə bölgəsində şəhidlərimiz var. Vətən sağ olsun! Minlərlə Qarabağ əlilimiz var. Biz onların qarşısında baş əyirik! Ön cəbhədə əsqərlərimiz düşmənnən üz üzə durub. Tanrı əsqərlərimizi qorusun!

Milli Bayrağ bayramınız mübarək olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı