"Bu ölkənin ümummilli böhranı daha da dərinləşəcək"

15:28 09-11-2018 | icon 634 | Siyasət
"Bu ölkənin ümummilli böhranı daha da dərinləşəcək"

 

Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu.

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Bildirib ki, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı, təşkilatın boşalan Baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu:

 

"Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərara gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq, növbəti erməni generalı Baş katib ola bilmədi. Məsələnin həlli sonraya saxlanılsa da, əsas motiv bir ilə yeni Baş katibin layiqincə işləyə bilməməsi oldu".

 

A.Mirzəzadə əlavə edib ki, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi:

"Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Olay göstərdi ki, Ermənistanın beynəlxalq təşkilatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol