Sabah axşamdan hava dəyişəcək

15:33 10-11-2018 | icon 46 | Gündəm
Sabah axşamdan hava dəyişəcək

 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq.

 

Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13°, gündüz 15-18° isti, Bakıda gecə 11-13°, gündüz 16-18° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-11° isti təşkil edəcək.

 

Noyabrın 11-i günün ikinci yarısından 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5°aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?