Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

10:11 12-11-2018 | icon 429 | Cəmiyyət
Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

 

9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasimi təşkil edilib.

 

Azərbaycanın Avstraliyadakı Səfirliyinin təşəbbüsü, eləcə də Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Melburn şəhərində yaşayan həmvətənlərimiz, burada təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Mərasim Azərbaycanın dövlət himninin sədaları altında dövlət bayrağımızın Federasiya Meydanında ucaldılması ilə başlayıb. Ümumilikdə həmin gün şəhərin mərkəzi meydanında dörd Azərbaycan bayrağı ucaldılıb ki, bu bayraqlar da gün ərzində Avstraliyanın dövlət bayraqları ilə bərabər dalğalanıb.

 

Tədbirdə çıxış edən ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Azərbaycan Hökuməti adından Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib və mərasimin təşkilində əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü çatdırıb. Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasiminin Avstraliyada ilk dəfə keçirildiyini qeyd edən diplomat, bunun Azərbaycan-Avstraliya əlaqələrinin tarixində əlamətdar hadisə olduğunu vurğulayıb və belə tədbirlərin bundan sonra da xoş ənənəyə çevriləcəyinə ümidvar olduğunu qeyd edib. Diplomat bu kimi tədbirlərin Azərbaycanın Avstraliyada daha yaxından tanıdılmasına, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Avstraliyadakı Azərbaycan icmasının iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib.

 

Elcan Həbibzadə indiki Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edildiyini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib. Diplomat üçrəngli bayrağımızın bütün dünyada yaşayan azərbaycanlılar üçün dövlətçiliyimizin və suverenliyimizin rəmzi olduğunu vurğulayıb. Eyni zamanda, o, dövlət başçısının dirgər sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edərək, bugünki mərasimin Cümhuriyyətimizin 100 illiyi çərçivəsində keçirildiyini qeyd edib və Bayraq Gününün əhəmiyyətindən danışıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol