“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

12:48 13-11-2018 | icon 743 | Siyasət
“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

 

Tahir Kərimli: “Onun AXC hakimiyyətinin yıxılması proqramı ilə razılaşmasını qəbul edə bilməzdim”

 

 

“Nəsir Ağayev AXC hakimiyyətini qəbul eləmədi və ona qarşı çıxdı. Səhv eləmirəmsə, o vaxt dövlət başçısı ilə də görüşdü. Akademiyada konfrans keçirdilər ki, yeni iqtidarı müdafiə etsinlər. Təbii ki, mən müxalifət idim və 1993-cü ildə hakimiyyətimizi qorumalıydım”.

 

Bunu Versus.Az-a Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli Bakı və Kəndlər Birliyinin ilk sədri Nəsir Ağayevin “Tahir Kərimli Bakı və Kəndlər Birliyini həzm elədi” fikrinə açıqlamasında deyib.

 

T.Kərimli bildirib ki, Bakı və Kəndlər Birliyi Xalq hərəkatında çox ciddi iştirak edən və mühüm rol oynayan təşkilat idi:

 

“Nəsir bəyin hərəkatda böyük xidmətləri olub və onu böyük millətçi bir adam kimi tanıyıram. Amma o vaxt mən müxalifətdə idim və hakimiyyətimizin əldən getməyinin tərəfdarı deyildim. O zaman Əbülfəz Elçibəyi müdafiə edən, müstəsna dərəcədə əqidə sahibi Hacı Cəbrayıl Əlizadənin Bakı və Kəndlər Birliyinə sədrliyini müdafiə elədim. Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin. Onun yadında olar ki, biz hakimiyyətə gəlməmişdən qabaq, Yasamalda AXC-yə hücum vaxtı başqa şəxslərlə birlikdə onu qucağımda qohumumuzun evinə aparmışdım. Mən onu çox istəməsəydim, elə eləməzdim. Amma onun AXC hakimiyyətinin yıxılması proqramı ilə razılaşmasını qəbul edə bilməzdim. O məni gərək üzürlü saya”.

 

T.Kərimli Bakı və Kəndlər birliyinin ona olan etimadı və hörmətinin səbəblərini belə açıqlayıb:

 

“Bu təşklat olmasaydı, hakimiyyəti uzaqlaşdırmaq mümkün deyildi. Biz onlarla birlikdə MTN-i, Milli Məclisi, Azərbaycan Televiziyasını tutmuşduq. Bu təşkilat bizə o qədər doğma idi ki, biz onun əsasında Vəhdət Partiyasını yaratmışıq. Bakı kəndlərində, məsələn Nardaranda və digər kəndlərdə belə bir xüsusiyyət var ki, bir insanı 10 illərlə yoxlayarlar, sevməzlər, amma elə ki, inandılar, onu çox istəyib müdafiə edərlər. Görünür mənə inanıblar və o vaxta qədər onların gözündə iynə ucu qədər mənfi görünməmişəm, ona görə də məni seçiblər. İndi eşidirəm narazılıqlar edirlər ki, “Tahir Kərimli getdi iqtidarla birləşdi”. O vaxt başqa zaman idi. O vaxt mən onları çox istəmişəm, onlar da məni”.

 

Bakı və Kəndlər Birliyinin hazırkı durumu və bərpasına gəlincə, deputat hazırda bu məsələyə müdaxilə etmək istəmədiyini deyib:

 

“Bakı və Kəndlər Birliyi ictimai təşkilatdır və hələ ki, bu formada qalır. Birliyin bir çox üzvləri hazırda bizim partiyada aparatda təmsil olunur. Açıq deyək, indi partiyalar da əhəmiyyətli dərəcədə zəifləyib. Guya biz nə edə bilirik ki, bu birlik də nəsə etsin”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol