Hərbçilər şikayət edirlər

13:00 13-11-2018 | icon 483 | Dünya
Hərbçilər şikayət edirlər

 

NATO-nun Norveçdə keçirilən təlimlərində iştirak edən Sloveniya hərbi qulluqçuları uniformadan narazıdırlar.

 

Versus.Az xəbər verir ki, təlimlərdə Sloveniya hərbçilərinə komandanlıq edən podpolkovnik Uroş Trinko bildirib ki, onun tabeliyində olan bir çoxları "Norveçin soyuğundan və rütubətindən qorumayan" geyimlərdən, xüsusilə çəkmələrdən şikayət ediblər.

Sloveniyanın müdafiə naziri hərbçilərin şikayətinin ətraflı araşdırılacağını deyib.

Qeyd edək ki, sloveniyalı hərbi qulluqçuların təlimlərdə geyindiyi çəkmələrin bir cütünün qiyməti 80 avrodur.

 

Təlimlərin səhra hissəsinin keçirildiyi Folldalda havanın temperaturu +7 dərəcədən -23 dərəcəyə qədər dəyişir.

Xatırladaq ki, sentyabrda Norveçdəki təlimlərdə Niderland hərbi qulluqçuları soyuqdan əziyyət çəkmişdilər. Belə ki, formaların tədarükçüsü qış geyimini vaxtında çatdıra bilməmişdi. Niderland Müdafiə Nazirliyinin dövlət katibi Barbara Visser bəyan etmişdi ki, hər bir hərbçi uniformaya görə min avro təzminat alacaq.

 

NATO-nun "Trident Juncture 2018" ("Vahid üçbaşlı əsa - 2018") strateji təlimi oktyabr-noyabr aylarında Norveçdə keçirilir. Təlimlərdə 31 ölkədən - həm alyansa daxil olan, həm də İsveç, Finlandiya kimi tərəfdaş dövlətlərdən 40 mindən çox hərbçi iştirak edir. Bu, "soyuq müharibə"dən sonra NATO-nun şimal cinahında keçirilən ən irimiqyaslı manevrlərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir