Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı təşkil edilib

13:13 13-11-2018 | icon 518 | İdman
Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı təşkil edilib

 

Uşaq Hüquqları aylığı çərçivəsində AFFA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində futbol festivalı təşkil edib. Heydər Əliyev Fondunun dəstəyi ilə bu müəssisədə, habelə 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, ümumilikdə 230 nəfərdən çox uşağın daimi dövlət təminatında yaşadığı hər iki müəssisədə uşaqların stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilməklə, onların sosial reabilitasiya yönümlü tədbirlərə, bacarıqlarına uyğun idman növlərinə cəlb olunması üçün də işlər aparılır.

 

Futbol festivalında AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, habelə ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinin həyat yoldaşları iştirak ediblər.

 

Tədbirdən əvvəl qonaqlar uşaqların bacarıqlarının inkişafı üçün fəaliyyət göstərən dərnəklərlə, emalatxanalarla, uşaqların hazırladıqları əl işləri ilə tanış olublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür