STP ilə Sumqayıt Dövlət universiteti Memorandum imzalayıb

11:43 05-07-2021 | icon 577 | Təhsil
STP ilə Sumqayıt Dövlət universiteti Memorandum imzalayıb

Gələcəyin peşəkarları olacaq gənc kadrların hazırlanması istiqamətində bir sıra təşəbbüslər reallaşdırılıb

 

Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi əməkdaşlıq barədə memorandum imzalayıb. Görüşdə STP-nin baş direktoru Ruslan Ağabəyli, SDU-nun rektoru Elxan Hüseynov və hər iki tərəfdən digər nümayəndələr iştirak edib.

 

Bu barədə versus.az-a STP-in İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, memorandum universitetin müxtəlif fakültələrində bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan tələbələrin STP və onun törəmə şirkətlərində istehsalat təlimləri keçmələrini, istehsalat təcrübəsində xüsusi fərqlənmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsini, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların araşdırılması ilə bağlı müəssisənin təcrübəli kadrlarından və laboratoriyalarından yararlanmasını, ha belə gələcək kadrların hazırlanması və əmək bazarında peşəkar sənaye işçilərinə olan ehtiyacların ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi kimi məsələləri əhatə edir.

 

Qeyd edək ki, STP 2020-ci ilin sonunda yer almış struktur və korporativ idarəetmə sistemindəki yeniliklərdən sonra sənaye sektoruna xarici təcrübələrin gətirilməsi, həmçinin gələcəyin peşəkarları olacaq gənc kadrların hazırlanması istiqamətində bir sıra təşəbbüslər reallaşdırıbdır. Bundan öncə müəssisə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Anlaşma Memorandumu imzalamışdı.

 

LEYLA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq