DİM-dən XƏBƏRDARLIQ

16:47 05-07-2021 | icon 337 | Təhsil
DİM-dən XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

 

DİM-dən verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanları (o cümlədən iyulun 10-da keçiriləcək SABAH qruplarına qəbul imtahanı) isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasında olmalıdırlar. “İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan bir həftə öncə mərkəzin saytına yerləşdirilir.

 

Abituriyentlərə özləri ilə şəffaf plastik qabda qazsız su da gətirmələri tövsiyə olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq